10:35 - 10.12.2024
10 dekabr, Fineko/abc.az. Hacıqabul Sənaye Parkının genişləndirilməsi üçün ayrılmış 40 hektar torpaq sahəsində infrastrukturun yaradılması üzrə tikinti işlərinə sərf olunacaq vəsaitin həcmi açıqlanıb.
ABC.AZ xəbər verir ki, İqtisadiyyat Nazirliyi tikinti işlərinin icrasını “Protean Construction” ASC-yə həvalə edib və şirkətlə müqavilə bağlayıb.
Müqaviləyə əsaəsn, tikinti işlərinin icrası 7 999 998,75 manata başa gələcək.
Xatırladaq ki, Hacıqabul Sənaye Parkı Prezident İlham Əliyevin bu ilin iyun ayında imzaladığı fərmanla Hacıqabul Sənaye Məhəlləsinin əsasında yaradılıb.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026