15:16 - 6.12.2024
6 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında vergi daxilolmaları 202,8 milyon manat və yaxud proqnozdan 28 % çox olub.
ABC.AZ xəbər verir ki, bunu yerli iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib.
Onun sözlərinə görə, vergi daxilolmaları 2023-cü ilin eyni dövrü ilə müqayisədə 34,9 %, 2022-ci ilin eyni dövrü ilə müqayisədə isə 74,4 % artıb.
Bundan başqa, nazir əvəzi deyib ki, 11 ay ərzində məcburi dövlət sosial sığorta daxilolmalarında 8,1 %, işsizlikdən sığorta daxilolmalarında 11 %, icbari tibbi sığorta daxilolmalarında 16,7 % artım olub.
“10 ay ərzində isə nağdsız əməliyyatlar üzrə dövriyyə illiik müqayisədə 71 % artıb”, – deyə o əlavə edib.
A.İsmayılov həmçinin deyib ki, 11 ay ərzində əhali ilə nağd hesablaşmalar aparan aktiv obyektlər üzrə vergi daxilolmaları 1 il əvvələ nisbətən 49,7 % artaraq 9,1 milyon manata yaxın olub.
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026