Azərbaycanda qarşıdakı 10 ildə inflyasiya bu qədər olacaq

14:03 - 4.12.2024


4 dekabr, Fineko/abc.az. Son on ildə Azərbaycanda inflyasiya orta hesabla 5,5% təşkil edib və biz inflyasiyanın 2033-cü ilə kimi 10 illik proqnoz dövrü ərzində orta hesabla 5,0% olacağını gözləyirik.

ABC.AZ xəbər verir ki bu barədə “Fitch Group”a aid olan “Fitch Solutions” (FS) şirkətinin ölkə üzrə hesabatında bildirilib.

Qeyd edilib ki, ərzaq qiymətlərinin artması və Rusiya-Ukrayna müharibəsi səbəbindən inflyasiya tarixi yüksək həddə çatmışdı. Bu isə Azərbaycan üçün tədarük zəncirinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb oldu. Qarşıdakı illərdə isə qiymətlərin tədricən azalacağı gözlənilir:

“Biz bunun yerli valyutada hər hansı ciddi stressə səbəb olacağını gözləmirik. Bu dövrdə məzənnənin əsasən sabit qalacağına dair fikirlərimizi nəzərə alaraq, inflyasiyanın uzunmüddətli dövrdə yenidən trendə dönəcəyini proqnozlaşdırırıq”.