14:42 - 20.11.2024
20 noyabr, Fineko/abc.az. Azərbaycanda gələn ildən təbiq ediləcək vergi-gömrük güzəştləri üzrə illik gəlirlər illik itkilərdən çox olacaq.
ABC.AZ xəbər verir ki, bunu Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri Fikrət Şirinov Milli Məclisdə keçirilən iclasda bildirib.
Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ildə 20,9 milyon manat, Dövlət Gömrük Komitəsi isə ildə 2,9 milyon manat itki ilə üzləşəcək: “Son nəticədə ümumi illik itki 23,8 milyon manat təşkil edəcək. Gəlir isə 32,6 milyon manat olacaq ki, bu da yekunda büdcəyə 8,7 milyon manat əlavə vəsaitin daxil olmasını təmin edəcək”.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026