Bu ölkələr hazırda borc böhranı ilə üzləşirlər

15:39 - 15.11.2024


15 noyabr, Fineko/abc.az. Hazırda Türkiyə və Argentina borc böhranı təhlükəsi altındadır.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezident Akademiyasının Milli iqtisadiyyat kafedrasının dosenti Daniel Petuxov bildirib.

İqtisadçı qeyd edib ki, borc böhranına iki amilin birləşməsi səbəb olur. Söhbət dövlət borcunun həcmindən və ölkənin xarici və daxili bazarda tutduğu faiz dərəcəsindən gedir.

Türkiyə və Argentina dövlət borcunun ÜDM-ə nisbəti baxımından bir sıra dövlətlərdən aşağı olsalar da (göstəricilər müvafiq olaraq 30% və 88% təşkil edir), Yaponiyanın 255% və ABŞ-ın122% ilə müqayisədə, məhz bu iki ölkəni zərbə altına alan borc xidmətindəki problemlərdir.

"Çində borc böhranı da yarana bilər, lakin suveren borc deyil, vilayətlərin, bölgələrin borcları, çünki onların regional səviyyədə böyük həcmdə borcları var", - Petuxov əlavə etdi.