12:31 - 15.11.2024
15 noyabr, Fineko/abc.az. Livanın valyutası dollar qarşısında tarixində ən aşağı səviyyəyə çatıb. Belə ki, lirənin ucuzlaşması ölkə iqtisadiyyatında da ciddi azalmaya səbəb olub.
ABC.AZ xəbər verir ki, yaranmış böhran ən kiçik ticarətçiləri belə pulsayma aparatlarından istifadə etməyə məcbur edir. Elektron məhsullar satan mağaza sahibləri, işlərini sürətləndirmək və səhv hesablamaların qarşısını almaq üçün ən çox pulsayma aparatlarını satdıqlarını bildirirlər. Hətta yerli bazarda göyərti satanlar belə bu aparatlardan istifadə etməyə başlayıb.
Müştərilərdən aldıqları pulların sayılması üçün kifayət etmədiyini qeyd edən bir kababçı, 2019-cu ildən bəri davam edən iqtisadi böhranın daha da ağırlaşdığını vurğulayıb. Artan pul dövriyyəsi və nağd pulun həcmi, ticarətçilərin gündəlik həyatlarında pulsayan maşınları və seyfləri qaçılmaz hala gətirib.
Eyni zamanda, ölkədə elektrik enerjisinin kəsilməsi ilə əlaqədar olaraq, günəş enerjisi ilə işləyən akkumulyatorlara maraq artıb. Bu akkumulyatorların reklamları əvvəlcə böyük şəhərlərdəki lövhələrdə, indi isə pul sayma aparatları ilə əvəzlənib.
Müəllif: Elmir Murad
18 Avqust 2026
17 Avqust 2026