Müəssisələrin ən çox və ən az olduğu bölgələr - SİYAHI

14:24 - 14.11.2024


14 noyabr, Fineko/abc.az. 2023-cü ildə Azərbaycanda ümumilikdə 4 575 müəssisə fəaliyyət göstərib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ən çox müəssisə sayı 2 min 687 olmaqla paytaxt Bakıdadır.

Bakıdan sonra Sumqayıt şəhəri ikinci (248), Abşeron isə üçüncü (247) olub.

Gəncə şəhəri 122 müəssisə ilə dördüncü yerdə qərarlaşıb. Zaqatalada isə ötən il 69 müəssisə fəaliyyət göstərib.

Ən aşağı rəqəmlər isə işğaldan azad edilmiş torpaqrlarda qeydə alınıb. Belə ki, Xocalıda (1), Qubadlıda (2), Zəngilan və Kəlbəcərdə (4), Şuşa və Xocavənddə (5) müəsiisə var.

Müəllif: Elmir Murad