12:31 - 14.11.2024
14 noyabr, Fineko/abc.az. Azərbaycan bankları "2023-2026-cı illər üçün Dayanıqlı Maliyyə Yol Xəritəsi" çərçivəsində bir sıra mühüm təşəbbüslər reallaşdırıb.
ABC.AZ xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin prezidenti Zakir Nuriyev COP29 çərçivəsində təşkil olunmuş "Qlobal maliyyə sistemi: İqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi" adlı tədbirdə bildirib.
"Bunlardan biri davamlı və yaşıl maliyyə prinsipləridir ki, artıq banklar onları öz strategiyalarına, idarəetmə çərçivələrinə, risklərin idarə edilməsi praktikasına və açıqlama standartlarına daxil etməyə başlayıblar. Bu tədbirlər maliyyə institutları üçün davamlı maliyyələşdirmə prinsiplərinə və Azərbaycan Mərkəzi Bankının dərc etdiyi iqlimlə bağlı risklərin idarə olunmasına dair təlimatlara uyğundur. Digər təşəbbüs davamlı məhsul və xidmətlərdir. Bundan başqa, banklar rəqəmsal bankçılıq həlləri, ekoloji təmiz məhsullar və sosial məsuliyyət daxil olmaqla davamlı məhsul və xidmətləri aktiv şəkildə inkişaf etdirir", - deyə o qeyd edib. (Report)
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026