11:02 - 14.11.2024
14 noyabr, Fineko/abc.az. Azərbaycan "yaşıl keçid"in sürətlənməsinə sadiqdir.
ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov COP29 çərçivəsində təşkil olunmuş "Qlobal maliyyə sistemi: İqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi" adlı tədbirdə bildirib.
"Bu səbəbdən Azərbaycan milli inkişaf strategiyasına iqlim mülahizələrini inteqrasiya edib", - deyə o qeyd edib.
Bundan başqa, baş bankir deyib ki, "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın milli prioritetləri” sənədinin beş sütunundan biri ölkədə "yaşıl inkişaf"a nail olmaqdır.
"Bu il Prezident İlham Əliyev Azərbaycanda "Yaşıl Dünya Naminə Həmrəyliyi İli" elan edib. Bu müzakirə beynəlxalq həmrəyliyi, iqlim dəyişiklikləri və riskləri ilə mübarizəni vurğulayır. “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq, 2026-cı ildə bərpa olunan enerjinin ümumi enerji kompleksində payı 24 %-ə çatdırılmalıdır", - deyə o qeyd edib. (Report)
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026