10:30 - 7.11.2024
7 noyabr, Fineko/abc.az. Donald Trampın ABŞ prezident seçkilərində qələbəsi qızılın qiymətinin bahalaşmasına təsir etsə də, misin qiymətinin ucuzlaşmasına səbəb olub.
Belə ki, ABŞ dollarının bahalaşması səbəbindən mis qiymətləri aşağı düşüb. Misin qiyməti noyabrın 6-da səhər erkən ticarətdə 4%-dən çox ucuzlaşaraq bir funt üçün 4.30 dollardan aşağı enib.
Əvvəlki rəhbərliyi dövründə alüminium və polada hədəf tariflər tətbiq edən Tramp, vitse-prezident Kamala Harrisə qarşı kampaniyası zamanı daha geniş tariflər tətbiq edəcəyinə işarə edib.
Analitiklər onu da qeyd ediblər ki, dolların möhkəmlənməsi adi metalların və qızılın ucuzlaşmasına səbəb olub.
Müəllif: Elmir Murad
18 Avqust 2026