KİV: İsrailin Livana hücumları iqtisadiyyata $20 mlrd-dan çox zərər vura bilər

15:41 - 25.10.2024


25 oktyabr, Fineko/abc.az. Livan ərazisində İsrail ordusunun hücumlarından iqtisadi ziyan 20 milyard dolları keçə bilər.

ABC.AZ xəbər verir ki, bu barədə l ' Orient-Le Jour Independent Task Force for Lebanon üçün  hesabatına istinadən məlumat verib.

İsrailin hərəkətləri səbəbindən Livanın cənubundakı və ölkənin əhalisinin və işçi qüvvəsinin üçdə birinin yaşadığı Bekaa vadisindəki əksər iqtisadi sektorlarda iqtisadi fəaliyyətin yavaşladığını təxmin edirlər. Qeyd olunur ki, Livanın kənd təsərrüfatı torpaqlarının təxminən dörddə biri və 50 min qeydə alınmış müəssisə dağıdılıb və sıradan çıxarılıb ki, bu da ölkədə onların ümumi sayının təxminən 60%-ni təşkil edir. Hesabata görə, İsrail dövlətinin hücumlarından iqtisadi ziyan 20 milyard dolları keçə bilər.