12:08 - 25.10.2024
25 oktyabr, Fineko/abc.az. Dövlət Neft Fondu (ARDNF) yaranma tarixindən bu ilin sentyabrın 30-na kimi səhm portfeli üzrə 6.4 milyard ABŞ dolları gəlir əldə edib.
ARDNF-dən ABC.AZ-a daxil olan məlumata görə, Fond indiyə kimi səhm portfeli üzrə izlədiyi əsas indeks olan “MSCI World” indeksi üzrə 7,1 mlrd. dollar həcmində yatırım edib.
Bu portfel üzrə gəlirlilik 253% təşkil edib. Ümumilikdə, Fondun səhm portfelinin cari dəyəri 13,5 mlrd. dollara yüksəlib.
Qeyd edək ki, Fondun ARDNF-nin səhm portfelinə “MSCI World” indeksi üzrə 23 inkişaf etmiş ölkənin 11 sektoru üzrə 1410 şirkətin səhmləri daxildir. Bu şirkət səhmlərinin toplam bazar kapitalizasiyası 77 trilyon ABŞ dollarına yaxındır. (APA)
8 Avqust 2026
8 Avqust 2026