11:41 - 24.10.2024
24 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr ayları ərzində sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 17,5 faiz, ixracında isə 26 faiz təşkil edib.
İqtisadi Zonaların İnkişafı Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, hesabat dövründə sənaye zonalarında 2,4 milyard manatlıq satış həyata keçirilib ki, bunun da 801,1 milyonluq hissəsi ixracın payına düşüb.
Qeyd edək ki, sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 70-dən artıq ölkəsinə ixrac edilib.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026