09:34 - 23.10.2024
23 oktyabr,Fineko/abc.az. Azərbaycanda mikromaliyyələşmənin iqtisadiyyatımızda xüsusi yeri var.
ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Əmiraslanov "Dayanıqlı mikromaliyyə üçün innovativ həllər" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı bildirib.
O qeyd edib ki, Azərbaycan Mikromaliyyələşmə Assosiasiyası çox mühüm işlərə imza atıb. Onun sözlərinə görə, bu şəbəkənin bir sıra özünəməxsusluğu var.
"Hər şeydən əvvəl mikromaliyyələşmə şəbəkənin, həm də tərəfdaşlarının mənafeyini qoruyur. Bu cameədə, icmada həmrəylik var. Burada hədəflər var və hədəf qrupuna nail olmaq üçün səmərəli iş var. Üçüncü rübdə 26,7 milyard manat kredit portfeli formalaşıb, bunun 630 milyon manatı mikromaliyyələşmənin payına düşür", - deyə millət vəkili bildirib.
Müəllif: Elmir Murad
18 Avqust 2026