BMW iki fabrikinin damlarında yer icarəyə verir

11:21 - 22.10.2024


22 oktyabr, Fineko/abc.az. BMW, Şərqi Bavyeradakı iki fabrikinin damındakı məkanı günəş panelləri quraşdıracaq və birbaşa müqavilələr əsasında avtomobil istehsalçısına elektrik enerjisi satacaq Sunrock Holding Deutschland GmbH-ə icarəyə verir.       

ABC.AZ xəbər verir ki, əqdin maliyyə şərtləri açıqlanmır.

11,1 MVt gücündə Dingolfing zavodunun damındakı ses Almaniyanın ən güclülərindən biri olacaq. Günəş Elektrik Stansiyasının yerləşmə sahəsi 100.000 kvadrat metrdən çox olacaq. Regensburqdakı zavodda isə bir qədər parametrlər bir qədər azdır – 25.000 kvadrat metr və 2.9 MVt.