17:04 - 16.10.2024
16 oktyabr, Fineko/abc.az. BVF Qazaxıstana maliyyə islahatı aparmağı tövsiyə edir.
ABC.AZ xəbər verir ki, tövsiyələr BVF Məşvərət missiyasının 2024-cü ildə oktyabrın əvvəlində dərc olunmuş IV maddə üzrə yekun bəyanatında yer alıb.
BVF-nin Qazaxıstandakı missiyasının rəhbəri Nikola Blanş jurnalistlərə bildirib ki, Milli Fondun ehtiyatları həmişə dövlət layihələrini maliyyələşdirmək üçün istifadə olunsa da, indi ehtiyat fondlarından istifadə keçmişə nisbətən "geniş miqyasda" baş verir.
O əlavə edib ki, Milli Fondun bəzi vəsaitlərinin necə xərcləndiyini izləmək çətindir.
"Bəzi əməliyyatlar tamamilə gözlənilməzdir, onlar haqqında məlumat açıqlanmır", - deyə o qeyd edib.