12:09 - 16.10.2024
16 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında “Premium Bank”ın qeyri-faiz gəlirləri isə 13 milyon 668 min manatdan 12 milyon 751 min manata düşüb.
ABC,AZ bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bankın cəmi gəlirləri 36 milyon 973 min manat olub (əvvəlki ilə nisbətən 2% azalma).
2024-cü ilin sentyabr ayının 30-na Premium bankın aktivləri 650 milyon 959 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 5% azalmadır.
Bunun 469 milyon 149 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 0.6% kiçilib. “Premium Bank” ASC 473 milyon 61 min manat cəmi öhdəliklərə, 177 milyon 898 min manat cəmi kapitala malik olub.
Müəllif: Elmir Murad
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026