15:11 - 15.10.2024
15 oktyabr, Fineko/abc.az. Azərbaycanda mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manatdan çox investisiyanın yatırılması və 8 400-dən artıq yeni iş yerlərinin yaradılması nəzərdə tutulur.
ABC.AZ xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat xidmətinin rəhbəri Elçin Kazımov "Rebuild Karabakh" sərgisində deyib.
O bildirib ki, sənaye zonaları üzrə 153 sahibkarlıq subyektinə rezidentlik statusu verilib: "İndiyədək sahibkarlar tərəfindən sənaye zonalarına 6,8 milyard manatdan çox investisiya yatırılıb. 10 min 500-dən artıq daimi iş yeri yaradılıb".