16:21 - 14.10.2024
14 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 365,9 milyon manatlıq sənaye məhsulu istehsal edilib.
ABC.AZ Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3% azdır.
9 ay ərzində sənaye məhsulunun 325,55 milyon manatlıq hissəsi və yaxud 89%-i malların, 40,35 milyon manatlıq hissəsi və yaxud 11%-i isə xidmətlərin payına düşüb.
Sənaye məhsulunun 0,2%-i mədənçıxarma, 83,7%-i emal, 14,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,3%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026