Doqquz ayda 92 milyard 829.5 milyon manatlıq ÜDM istehsal olunub

15:01 - 14.10.2024


14 oktyabr, Fineko/abc.az. 2024-cü ilin yanvar-sentyabr aylarında ölkədə 92 milyard 829.5 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4.7 faiz çox artım deməkdir. Sonuncu dəfə ən yüksək artım 2024-cü ilin fevralında qeydə alınmışdı – 5.0 faiz.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0.9 faiz, qeyri neft-qaz sektorunda isə 7.1 faiz artıb.

ÜDM istehsalının 37.1 faizi sənaye, 9.6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7.0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6.4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6.3 faizi tikinti, 2.4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1.8 faizi informasiya və rabitə sahələrinin, 19.2 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10.2 faizini təşkil edib. .

Əhalinin hər nəfərinə düşən ÜDM 9 102.9 manata bərabər olub.