10:15 - 11.10.2024
11 oktyabr, Fineko/abc.az. 28 oktyabr 2024-cü il saat 15:00-a təyin edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında keçiriləcək “Səba” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağının gündəliyinə dəyişikliklər edilib.
ABC.AZ xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilib:
1. “Səba”ASC-nin ləğv edilməsi, ləğvetmə komissiyası (təsviyəçi), qanunvericilikdə nəzərdə tutulmuş qaydada ləğvetmənin başa çatdırılması və ləğvetmədən sonra onun aktivlərinin səhmdarlar arasında bölüşdürülməsi barədə.
2. “Səba” ASC-nin Direktorlar Şurası barədə.
3. “Səba” ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət “Chicken Pro.” MMC-yə kredit öhdəliyinin ötürülməsinə dair əqd barədə.
4. “Səba” ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət “Chicken Pro.” MMC-yə məxsus əmlakın ipoteka ilə yüklü edilməsinə dair əqd barədə.
Ümumi yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiq edən sənəd, səhmdarların nümayəndələri isə şəxsiyyəti təsdiq edən sənəd və nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə təqdim etməlidirlər.
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026