14:50 - 9.10.2024
9 oktyabr, Fineko/abc.az. Co Baydenin prezidentlik müddətinin nəticələrinə görə, göstərici 15%-dən 14,76%-ə enəcək.
ABC.AZ xəbər verir ki, bu, Dünya Bankı və BVF-nin məlumatlarında deyilir. ABŞ-ın qlobal iqtisadiyyatdakı payı 1999-cu ildə 21,01%-ə çatmışdı. Ondan sonra göstərici aşağı düşmüşdü. Sonuncu dəfə Barak Obamanın ikinci dövründə artmışdı.
Eyni zamanda, qlobal iqtisadiyyatda payın ən nəzərə çarpan artımı indi Hindistan (0,84 b.), Çin (0,6 b.), Türkiyə (0,32 b.) və Rusiyada (0,15 b.) müşahidə olunur.
Çin 1990-cı ildən qlobal iqtisadiyyatda xüsusi çəkisini 15 faiz bəndi artıraraq 18,76% - ə çatdırıb. Yaponiya iqtisadiyyatının payı 4,33% azalıb.