11:51 - 8.10.2024
8 oktyabr, Fineko/abc.az. Çinin Milli İnkişaf və İslahat Komissiyasının (NDRC) sədri Zenq Şanjie Çinin iqtisadi məqsədlərinə çatacağına söz verib.
ABC.AZ xəbər verir ki, sentyabrın sonundan bəri səlahiyyətli şəxslər tərəfindən elan edilən bir sıra iqtisadi stimullaşdırma tədbirləri, Çin səhmlərinin son iki ilin ən yüksək həddinə çatmasına səbəb olub..
Bazarlar bir həftəlik “Milli Gün” tətilindən sonra yenidən açıldıqdan sonra bu yüksəlişi davam etdirib.
Lakin investorlar və iqtisadçılar bazar optimizmini gücləndirmək üçün maliyyə tərəfində daha çox siyasət dəstəyi gözləyirlər.
Çin iqtisadiyyatının böyük ölçüdə sabit qaldığını, lakin daha mürəkkəb daxili və xarici mühitlərlə üzləşdiyini ifadə edən Zenq bildirib ki, Çin iqtisadiyyatı üzərində aşağı istiqamətli təzyiqlər də artmaqdadır və bəzi sektorlarda rəqabət var.
18 Avqust 2026