Bu yoldakı avtobus zolağı sürücüləri qayda pozmağa vadar edir - VİDEO

12:25 - 2.10.2024


2 oktyabr, Fineko/abc.az. Sürücülər Bakının Fətəli Xan Xoyski küçəsindəki avtobus zolağından şikayətçidir. Belə ki, sözügedən zolaq sürücüləri qayda pozmağa vadar edir.

Həmin ərazidə avtobus zolağı çəkilənə qədər yerləşdirilən məcburi hərəkət nişanı axını normal şəkildə tənzimləyə bilirdi. İndi isə həmin nişanla əlaqədar yerdə çəkilən nişanlanma uyğun deyil. Çünki sağa - Atatürk prospektinə dönmək üçün verilən icazə yalnız avtobus zolağından mümkündür.

ABC.AZ xəbər verir ki, indiki şəraitdə sürücülər sağa dönmək üçün hər iki halda qayda pozurlar: birini öz zolaqlarından dönəndə, digərini isə avtobus zolağına daxil olmaqla.

Bu isə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə - yol nişanlarının və ya yolun hərəkət hissəsinin işarələrinin tələbinə riayət edilməməsinə görə 40 manatlıq cərimə deməkdir.

Ətraflı Baku TV-nin süjetində: