15:59 - 25.09.2024
25 sentyabr, Fineko/abc.az. 2023-cü ildə “Azərbaycan ilə Slovakiya Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” imzalanıb və sənədin 2025-ci il yanvarın 1-dən qüvvəyə minməsi gözlənilir.
ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumda bildirib.
“Bu saziş ölkələr arasında biznes mühitini daha da yaxşılaşdıracaq”, – deyə o qeyd edib.
Nazir müavini əlavə edib ki, bu gün Azərbaycan və Slovakiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun I iclasını keçirilib: “İqtisadi əməkdaşlığımızı yeni səviyyəyə qaldırmaq üçün müxtəlif sahələrdə səylərimizi gücləndirməyə razılaşdıq, çünki bunun üçün bütün lazımi şərait var”. (Report)
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026