14:27 - 24.09.2024
24 sentybar, Fineko/abc.az. Azərbaycan Beynəlxalq Bankının (ABB) səhmlərinə sifarişlərin 84 faizi rəqəmsal kanallar üzərindən verilib.
ABC.AZ xəbər verir ki, bu barədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov ABB səhmlərinin yerləşdirilməsinin nəticələri ilə bağlı brifinqdə deyib.
O bildirib ki, say etibarilə ümumi sifarişlərin 24 faizini yaşı 30-dək olan gənc investorlar yerləşdiriblər.
“Bu, gənclərin ABB səhmlərinə böyük marağını, Azərbaycanın kapital bazarları üçün yeni investor kütləsinin formalaşdığını göstərir. ABB-nin yeni səhmdarlarının 29 faizi qadınlardır, 22 faizi regionları təmsil edir. Bir neçə gündən sonra ABB səhmlərini “ABB mobil” tətbiqi üzərindən təkrar bazarda da alıb-satmaq mümkün olacaq. ABB səhmlərinin təkrar bazarda ticarətinin təşkili, qiymət sabitliyinin təmin olunması üçün başqa əhəmiyyətli addımlar atılıb. Tezliklə səhmlərin likvidliyinə əlavə dəstək məqsədilə təkrar bazara marketmeykerlər də qoşulacaq”, - deyə Abbas İbrahimov qeyd edib.
© Azertag.az
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026