Azərbaycanda güzəştli kreditlər ən çox hansı sahələrə verilir? - SİYAHI

11:53 - 24.09.2024


24 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust ayları ərzində sahibkarların 3507 layihəsinin maliyyələşdirilməsinə 138,3 milyon manat güzəştli kredit ayrılıb. 

ABC.AZ xəbər verir ki, Sahibkarlığın İnkişafı Fondunun məlumatına görə, verilən kreditlərin 60 faizi kənd təsərrüfatı məhsulları istehsalının, 31,2 faizi sənaye məhsullarının istehsalı və emalının, 2,4 faizi turizmin, 6,4 faizi isə digər sahələrin payına düşür.