10:02 - 20.09.2024
20 sentyabr, Fineko/abc.az. 2024-cü ilin avqust ayı ərzində vergi orqanlarına ümumilikdə 45.947 müraciət daxil olub.
ABC.AZ xəbər verir ki, onların 96,7 faizini ərizələr, 3,2 faizini şikayətlər, 0,1 faizini isə müxtəlif təkliflər təşkil edib.
Daxil olmuş müraciətlərdən 83,9 faizinin baxılması avqust ayı ərzində başa çatdırılıb, 16,1 faizi isə hazırda icradadır. Baxılmış müraciətlərdən 39,6 faizi həll olunub, 59,5 faizi barədə müvafiq izahatlar verilib, qalanları ilə bağlı qanunamüvafiq qərarlar qəbul edilib.
Avqust ayı ərzində daxil olmuş şikayətlərin faktiki sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,3 faiz azalaraq 1.251 olub.
Həll edilmiş şikayətlərin 68,9 faizi kameral vergi yoxlamaları, 6,3 faizi şəxsi hesab vərəqələri, 4,7 faizi riskli vergi ödəyiciləri, 3,9 faizi vergi borcu, 2,4 faizi vergi ödəyicisinin qeydiyyatı, 2,4 faizi vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 1,6 faizi vergi mükəlləfiyyətləri, 9,8 faizi isə digər məsələlər ilə bağlı olub.
20 Avqust 2026
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026