17:30 - 21.08.2018
21 avqust, Fineko/abc.az. Yanvar-iyul aylarında Bakı Fond Birjasının (BFB) dövriyyəsi 2017-ci ilin yanvar-iyul aylarında 5,377 milyard manata qarşı 13,004 milyard manat təşkil edib.
BFB-nin hesabatında deyildiyi kimi, fond birjasının dövriyyəsi il ərzində 2,4 dəfə artıb.
“Əməliyyatların sayı 45 056-dan 68 720-a artmışdır. Dövlət qiymətli kağızlarla əməliyyatlar 6,577 milyard manat, o cümlədən, Maliyyə Nazirliyi tərəfindən buraxılmış istiqrazların yerləşdirilməsi 556,425 milyon manat, Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi isə 6,021 milyard manat təşkil edib”, - məlumatda belə deyilir.
BFB-nin ümumi dövriyyədə payı 102,601 milyon manat, qiymətli kağızlar bazarının borc alətləri bazarı 405,301 milyon manat təşkil edib. Hesabat dövrü ərzində repo əməliyyatlar 502,958 milyon manat, törəmə alətlər bazarı isə 5,415 milyard manat təşkil edib.