Dünya bazarlarında qızıl və gümüşün qiyməti cüzi artıb

10:38 - 4.09.2024


4 sentyabr, Fineko/abc.az. Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,07% artaraq 2 526.40 ABŞ dollarına bərabər olub.

ABC.AZ xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 0.18% artaraq 28.40 ABŞ dollarına bərabər olub.