Azərbaycanda kredit kartlarının standartlarında sərtləşmə gözlənilir - Pronqoz

17:17 - 3.09.2024


3 sentyabr, Fineko/abc.az. 2024-cü ilin II rübündə cəmi istehlak kreditləri üzrə kredit standartlarında dəyişiklik nəzərə çarpmasa da, kredit kartları üzrə kredit standartlarında sərtləşmə müşahidə edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrinda bildirilir.

Banklar əvvəlki rübdən fərqli olaraq əməkhaqqı kreditləri üzrə kredit standartlarında dəyişiklik müşahidə etmədiklərini bildiriblər.

Sorğuya əsasən banklar 2024-cü ilin III rübündə əməkhaqqı kreditləri üzrə standartlarda dəyişiklik olmayacağını və kredit kartları üzrə standartlarda sərtləşmələrin yer alacağını proqnozlaşdırırlar.