Hindistan Rusiya ilə hesablaşmaq üçün yeni resurs yaradır

10:15 - 3.09.2024


3 sentyabr, Fineko/abc.az. Hindistan Ehtiyat Bankı (RBI) Rusiyanın SWIFT sisteminə alternativ olaraq öz maliyyə əməliyyatları mexanizmini yaratmaq təklifini “məqbul” hesab edir.

ABC.AZ xəbər verir ki, bu barədə "Businessline” nəşri öz mənbələrinə istinadən yazıb. Belə ki, Rusiya tərəfinin təklifi ilə bağlı müzakirələr hələ də davam edir.

2022-ci ilin mart ayının sonunda “The Economic Times” Rusiya və Hindistanın ölkələr arasında ödənişlər üçün SWIFT-in analoqunu yaratdığını yazmışdı.

İyulda nəşr bildirib ki, ölkələr arasında sürətli köçürmə mexanizminin hazırlanması Rusiya prezidenti Vladimir Putin və Hindistanın Baş naziri Narendra Modi arasında sonuncunun Moskvaya səfəri zamanı müzakirə edilib.