Bu respublikanın bankı “Zolotaya Korona” vasitəsilə köçürmələri dayandırıb

10:29 - 29.08.2024


29 avqust, Fineko/abc.az. Qazaxıstanın “Freedom Bank” bankı “Zolotaya Korona” vasitəsilə köçürmələri dayandırıb.

ABC.AZ xəbər verir ki, kredit təşkilatının mətbuat xidməti “Forbes Kazakhstan”a bildirib ki, bu tərəfdaşdan əlavə məlumat gözləyirlər və sonra gələcək addımlar barədə qərar verəcəklər.

Bundan əvvəl Gürcüstanın ən böyük banklarından biri olan Bank of Georgia-da “Zolotaya Korona” vasitəsilə köçürmələrdə texniki problemlər yaranmışdı.

Avqustun 23-də ABŞ, həmçinin “Zolotaya Korona” üçün də ödəniş proqramı hazırlayan “Maliyyə texnologiyaları mərkəzi” şirkətinə qarşı qapanma sanksiyalar tətbiq etmişdi.