“Goldman Sachs”ın Rusiyada brokerlik lisenziyası ləğv edildi

17:05 - 27.08.2024


27 avqust, Fineko/abc.az. “Goldman Sachs”ın müraciəti əsasında bankın Rusiyada brokerlik fəaliyyətinə dair fəaliyyət lisenziyasının ləğv edildiyi bildirilib.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankından edilən yazılı açıqlamada qeyd edilib.

Belə ki, avqustun 13-də bankın könüllü ləğvi prosesi ilə əlaqədar ölkədə “American Express”in də lisenziyası ləğv edilib.

Bir çox Qərb bankları və maliyyə qurumları Ukrayna müharibəsi səbəbindən Rusiyadakı fəaliyyətlərini dayandırıb.