15:39 - 27.08.2024
27 avqust, Fineko/abc.az. Sentyabrın 25-26-da Bakıda "Fars körfəzi-Azərbaycan" ikinci İqtisadi Forumu keçiriləcək.
ABC.AZ xarici KİV-lərə istinadən xəbər verir ki, "Davamlılıq, investisiya, tərəfdaşlıq" devizi altında keçiriləcək tədbirin məqsədi Fars körfəzi ölkələrinin Azərbaycanla bir neçə perspektivli iqtisadi sektorda ticarət əlaqələrinin inkişaf etdirilməsidir.
Federasiya prezidenti Feysal bin Abdullah əl-Ravvasın sözlərinə görə, forumda ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı, bərpa olunan enerji, logistika və nəqliyyat sahələrində investisiya imkanları və birgə layihələr, həmçinin tərəflər arasında ticarət və investisiyaların artımını dəstəkləyən istiqamətlər təqdim olunacaq.
İlk "Fars körfəzi-Azərbaycan" İqtisadi Forumu 2017-ci ildə keçirilmişdi.
18 Avqust 2026