Azərbaycanda nağdsız əməliyyatların həcmi 1,5 dəfədən çox artıb

17:34 - 22.08.2024


22 avqust, Fineko/abc.az. 2024-cü ilin iyul ayında Azərbaycanda nağdsız əməliyyatların həcmi 7,28 milyard manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bu, əvvəlki ilə nisbətən 1,6 dəfə çoxdur.

Elektron ticarətin payına bütün nağdsız ödənişlərdən 6,102 milyard manat, POS-terminallar vasitəsilə ödəniş 1,168 milyon manat, özünə xidmət terminalları isə 9,4 milyon manat düşüb.