Bu ölkədə satış platformalarında bioaktiv əlavələrin tərkibində qadağan olunmuş maddələr aşkar edilib

15:00 - 22.08.2024


22 avqust, Fineko/abc.az. Rusiyanın “Roskaçestvo” qurumu Marketplace-də qadağan olunmuş maddələrlə 400-dən çox bioaktov əlavələr aşkar edib. Bu cür mallar “Wildberries”, “Ozon” və “Yandex-Market” platformalarında aşkar edilib.

ABC.AZ xəbər verir ki, yoxlama zamanı mütəxəssislər Marketplace-də konsentrasiyası hətta dərmanlar üçün icazə verilən normaları aşan vitaminlərlə bioaktiv əlavələri satdıqlarını da aşkar ediblər. Xüsusilə, bunlar D və B12 dozasının aşıldığı vitamin kompleksləridir.