İran bu ölkənin sənaye parkları ilə əməkdaşlıq edəcək

11:34 - 21.08.2024


21 avqust, Fineko/abc.az. Rusiya sənaye parkları Assosiasiyası (AİP) və İranın sənaye parkları Korporasiyası ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm addım atıb. Bu barədə "İran" teleqram kanalı məlumat verir.

ABC.AZ xəbər verir ki, AİP-nin Moskva ofisində İran sənaye nazirinin müavini və İslam Respublikası Sənaye parkları Korporasiyasının baş direktoru Fərhad Mociminin rəhbərlik etdiyi İran nümayəndə heyəti ilə görüş keçirilib.

Korporasiyanın rəhbərliyi altında 870 Sənaye Parkı var ki, bunlarda artıq 54 min istehsal müəssisəsi fəaliyyət göstərir, digər 50 minə yaxın isə tikinti mərhələsindədir.

Rusiya idarəedici şirkətlərinin iştirakı ilə birgə sənaye parklarının yaradılması, habelə mövcud İran müəssisələri əsasında təcrübə mübadiləsi və mühəndis kadrlarının hazırlanması proqramlarının təşkili kimi məsələlər müzakirə olunub.

Bu görüşlərin və danışıqların nəticəsi olaraq ətraflı fəaliyyət planı və yol xəritəsi daxil olmaqla hərtərəfli əməkdaşlıq sazişinin imzalanması planlaşdırılır.