17:18 - 20.08.2024
20 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda magistral qaz kəmərlərində 23,8 mln. kubmetr itki olub, bu da illik müqayisədə 37,4% azdır.
ABC.AZ Apa-ya istinadla xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq dövründə respublika üzrə qaz kəmərlərində itkilər 38 mln. kubmetr təşkil edib.
Qeyd edək ki, сari ilin yanvar-iyun aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 20 540,7 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 1,3% artım müşahidə olunub. Qaz nəqlinin 55,6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, hesabat dövründə bu kəmərlə 11 418,9 mln. kubmetr qaz ötürülüb (2.6%-lik artım).
Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərlərində 59,8 mln. kubmetr itki olub, bu da illik müqayisədə 18,2% çoxdur. 2023-cü ildə il Azərbaycanda magistral qaz kəmərləri ilə 39 283,3 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 0,1% artım müşahidə olunub. Qaz nəqlinin əksər hissəsi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, hesabat dövründə bu kəmərlə 21 800,1 mln. kubmetr qaz ötürülüb (2022-ci ilin göstəricisi ilə müqayisədə 4,8%-lik artım).
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026