16:25 - 20.08.2024
20 avqust, Fineko/abc.az. 2024-cü ildə dünyanın ən şaxəli hava limanlarının siyahısına İstanbul hava limanı lider olub. “Cirium” aviasiya analitiki bu ilin yanvar-iyun ayları arasında hər mərkəzin neçə istiqamətə xidmət etdiyini hesablayıb.
ABC.AZ xəbər verir ki, beləliklə, İstanbul hava limanının cədvəli 309 istiqaməti əhatə edir. Onların əksəriyyətinə dünyanın ən geniş marşrut şəbəkəsinə sahib olan “Türk Hava Yolları” xidmət göstərir. 296 marşrutla Frankfurt hava limanı reytinqdə ikinci, 282 istiqamətlə Parisin “Şarl de Qoll” hava limanı isə üçüncüdür.