Qızılın qiyməti tarixi maksimumu yeniləyib

15:20 - 20.08.2024


20 avqust, Fineko/abc.az. Nyu-Yorkun COMEX əmtəə birjasında qızıl fyuçersinin qiyməti (bir troya unsiyasının) tarixi maksimumu yeniləyib.

ABC.AZ xəbər verir ki, bu gün Nyu-Yorkun COMEX əmtəə birjasında keçirinən hərraclar zamanı qızılın bir troya unsiyasının qiyməti 0,82% artaraq 2 562,1 ABŞ dollarına bərabər olub.