Valyuta hərracında banklar tələbi 22% artırdı

14:47 - 20.08.2024


20 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, avqustun 20-də keçirilən valyuta hərracında bankların tələbi 74,8 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, keçmiş hərracdan 13,5 milyon dollar (22,02%) çoxdur.

Avqustun 15-də keçirilən valyuta hərracında AMB banklara 61,3 milyon dollar satıb.

Valyuta hərracının yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.