15:57 - 13.08.2024
13 avqust, Fineko/abc.az. Cari ilin yanvar-iyun aylarında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 16 407,6 min ton, yük dövriyyəsi isə 6 633,5 milyon ton-km olub. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,2% və 2,4% artım müşahidə olunub.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 8 170 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə - 4 242,1 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə - 4 807,7 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə - 3 248,8 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 181,1 min ton təşkil edib.
Yüklərin 7 506,7 min tonu və ya 45,8%-i dəmir yolu nəqliyyatı, 5 004,4 min tonu və ya 30,5%-i avtomobil nəqliyyatı, 3 896,5 min tonu və ya 23,7%-i dəniz nəqliyyatı ilə daşınmışınıb. Nəqliyyat dəhlizləri vasitəsilə daşınmış yüklərin 59,2%-i və ya 9 707,6 min tonunu tranzit yüklər təşkil edib.
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026