14:24 - 30.07.2024
30 iyul, Fineko/abc.az. “Bitcoin” (BTC) məzənnəsi “Binance” kriptovalyuta birjasında 66.6 min dollar təşkil edib. Son 24 saat ərzində ilk kriptovalyuta təxminən 4% və ya 3 min dollardan çox itirib.
ABC.AZ xəbər verir ki, bu yaxınlarda “Bitcoin” məzənnəsi Donald Trampın müsadirə edilmiş kriptovalyutalardan strateji ehtiyat yaratmaq zərurəti ilə bağlı bəyanatları fonunda artmağa başlayıb. İyulun 29-da, Bakı vaxtı ilə təxminən saat 17:00-da BTC-nin qiyməti iyulun əvvəlindən bəri ilk dəfə olaraq 70 min dollara çatıb.
Digər kriptovalyutalar da “Bitcoin”in ardınca ucuzlaşıb. “Ethereum” son 24 saat ərzində təxminən 1.7% düşüb. İyulun 26-da Bakı vaxtı ilə saat 11:00-da “Binance”kriptovalyuta birjasında “Ethereum”un USDT stabilkoininə nisbəti 397 milyard dollar kapitallaşma ilə 3.31 min dollar təşkil edib.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026