12:27 - 29.07.2024
29 iyul, Fineko/abc.az. ""AzerBlast" MMC-nin Gəncədə yerləşən Sənaye Partlayıcı Maddələrinin İstehsalı Zavodunun fəaliyyəti və istehsal prosesi ilə tanış olduq”.
ABC.AZ xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında məlumat verib.
Nazir dövlət-özəl tərəfdaşlığının uğurlu biznes modeli olan bu layihənin yeni iş yerlərinin və müasir istehsalat sahələrinin yaradılması, idxaldan asılılığın aradan qaldırılması kimi hədəflərə çatmaqda önəmini vurğuladıqlarını bildirib: “Müəssisənin fəaliyyətinə və əməkdaşlarına uğurlar arzulayırıq”.
18 Avqust 2026