Çində sənaye şirkətlərinin mənfəəti sürətlə artıb

12:21 - 29.07.2024


29 iyul, Fineko/abc.az. Çində sənaye şirkətlərinin mənfəətindəki artım iyun ayında əvvəlki aylara nisbətən daha sürətli artıb.

ABC.AZ xəbər verir ki, bu barədə Çinin Milli Statistika Bürosu (NBS) məlumat yayıb.

Qeyd edilib ki, iyun ayında mənfəət may ayına nəzərən 0,7%, illik müqayisədə isə 3,6% artıb.

İlin birinci yarımilində mənfəət yanvar-may dövründə 3,5% artıb.

Artım məlumatlarının yüksək olması ikinci rübdə iqtisadiyyatın yavaşlaması ilə bağlı verilən proqnozlarla ziddiyyət təşkil edir.

Çünki istehlak sektoru əmək bazarındakı çətinliklər və uzun sürən mənzil böhranı şəraitində pis vəziyyətdə idi.