11:47 - 25.07.2024
25 iyul, Fineko/abc.az. Rusiyada sənaye istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə ilin birinci yarısında artıb.
ABC.AZ xəbər verir ki, qonşu ölkədə sənaye istehsalı ilin birinci yarısında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,4% artıb.
Sözügedən dövrdə Rusiyada emal sənayesi 8% böyüyüb.
Mütəxəssislər xüsusilə Ukrayna müharibəsindən sonra Rusiyanın müdafiə sənayesi istehsalında əhəmiyyətli artım olduğunu vurğulayırlar.
Bildirilir ki, bir çox Qərb şirkətlərinin Rusiyadan getməsi və onların yerinə yerli şirkətlərin gəlməsi sənaye istehsalının artmasında rol oynayıb.
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026