Azərbaycanda Bankların kredit portfeli BOKT-ların portfelindən bu qədər çoxdur

11:01 - 24.07.2024


24 iyul, Fineko/abc.az. Bu ilin I yarısında Azərbaycan BOKT-larının kredit portfeli 681,6 milyon manat təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu 2023-cü ilin eyni dövü ilə müqayisədə 184,4 milyon manat və ya 37% artıb. Ötən ilin eyni dövründə kredit portfeli 492,7 milyon manat idi.

İlk yarımilin göstəricilərinə görə bankların kredit portfeli 25 milyard 429,5 milyon manata bərabər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyard 133 milyon manat və ya 19,4% çoxdur.

Ötən ilin I yarısında banklar 21 milyard 296,2 milyon manat kredit portfelinə malik idi. Yekun müqayisədən belə alınır ki, ilk yarım ildə bankların kredit protfelinin həcmi BOKT-ların kredit portfelindən 37,3 dəfə böyükdür. Ötən il isə aradakı fərq 43,2 dəfə idi.