12:19 - 23.07.2024
23 iyul, Fineko/abc.az. İyun ayında bankların kredit portfeli 1.1% və ya 271.3 milyon manat artaraq 25 milyard 429.5 milyon manat olub.
ABC.AZ Mərkəzi Bankın Statistik bülleteinin İyun buraxılışına istinadən xəbər verir ki, kredit portfelinin strukturu belə olub: ı) biznes kreditləri – 54.6% (13 milyard 874.8 milyon manat); ıı) istehlak kreditləri – 30% (7 milyard 633.8 milyon manat) və ııı) ipoteka kreditləri – 15.4% (3 milyard 920.8 milyon manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.6 faiz bəndi azalaraq 1.7% təşkil edib.
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 79.8%-i və ya 35 milyard 185 milyon manat. Depozit portfelinin 60.6%-i (21 milyard 304.8 milyon manat) hüquqi şəxslərin, 39.4%-i (13 milyard 880.3 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Müəllif: Elmir Murad
7 Sentyabr 2026
5 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026