ADB Qafqaz ölkələri üçün artım proqnozunu yaxşıladırıb

15:29 - 17.07.2024


17 iyul, Fineko/abc.az. Asiya İnkişaf Bankı (ADB) Qafqaz və Mərkəzi Asiya üçün artım proqnozunu 2024-cü ildə 4.3%-dən 4.5%-ə, 2025-ci ildə isə 5%-dən 5.1%-ə artırıb.

ABC.AZ xəbər verir ki, bu barədə bankın bu gün açıqlanan “Asiyanın inkişaf perspektivləri”(ADO) hesabatının iyul sayında deyilir.

“Bu, Azərbaycan və Qırğızıstanda gözləniləndən daha güclü artımla əlaqədardır. Azərbaycan iqtisadiyyatı 2024-cü ilin yanvar-aprel aylarında 4.3% böyüyüb ki, bu da dövlət xərcləri ilə dəstəklənən nəqliyyat və tikinti sahələrinin hesabına olub. Qırğızıstanın artım tempi 2024-cü ilin birinci rübündə 8.8% təşkil edib ki, bu da yerli və xarici investisiyalarla maliyyələşdirilən xidmət və tikinti sahələrində güclü istehsalla əlaqədardır”, – hesabatda bildirilir.